Get Mystery Box with random crypto!

-Küçə uşağı __Abbas Səhhət Görsəm çamırlı bir küçədə oynay | ɢᴇʟ ᴅᴇsᴇ ᴀşᴋ

-Küçə uşağı

__Abbas Səhhət



Görsəm çamırlı bir küçədə oynayır haçaq,
Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq,
Adət edib söyüşməyi, daim savaşmağı,
İt qovmağı, daş atmağı, xalqa sataşmağı,
Əxlaqı pozuğ, adəti pis, pasibani yox,
Qəlbim yanar ona, deyərəm: “Ay yazıq çocuq,
Sən sevgili vətənciyimin gül fidanısan,
Sən bir gözəlcə qönçəsən, amma yabanısan.
Zənnim budur, dilənçilik eylər anan sənin,
Zindanlar içrə can çürüdür həm atan sənin.
Sən gözləmirmisən yaşamaqdan çox il hələ?
Zülmətli yollar içrə gəzirsən neçün belə?
Yavrum, quzum, bahari-həyatın nə cür olar?
Çapqınçılıq, səfahətü fisqü fücur olar.
Kəsbin yox, üsrət ilə keçər çox məişətin,
Bilməm ki, fəhləlikdə yetər vəqti-rehlətin,
Ya xəstəxanə içrə, ya küncündə zindanın,
Yainki dəzgahlar dalısında çıxar canın?
Ox, yavrum, anlasaydı bu gün millətin sənin,
Bilsəydi layiqincə əgər qiymətin sənin,
Can tək basardı bağrına, eylərdi tərbiyət,
Olmazdı razı puç olasan böylə bicəhət.
Əsbabi-fəxr olmuş ikən sən də millətə,
Min dürlü faidə yetirərdin cəmaətə.