Get Mystery Box with random crypto!

​​​​​​​İranda yaşayan ermənilər qondarma soyqırımın anım tədbi | GünAz TV (Güney Azərbaycan TV)

​​​​​​​İranda yaşayan ermənilər qondarma soyqırımın anım tədbirlərinə hazırlaşır. Tehran bələdiyyəsi şəhərdə, xüsusilə Kərimxan bölgəsində yerləşən Sarkis kilsəsi ətrafında mürtəce məzmunlu plakatlar asıb.

“Tarix təkrar olur, Osmanlı Türkiyəsi tərəfindən erməni soyqırımının 106-cı ildönümü”, “24 aprel ermənilərin Osmanlı Türkiyəsi tərəfindən soyqırıma uğradığı gündür”-rejim məsullarının icazəsi ilə asılan plakat və banerlərdə belə yazılıb.

Baner və plakatların üzərində Şuşanın Qazançı kilsəsinin rəsmi də təsvir olunub.

Görünən odur ki, bu il hakimiyyəti Türkiyə və Azərbaycanın acığına qondarma soyqırımla bağlı anım tədbirlərinin daha geniş şəkildə keçirilməsinə çalışacaq.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Günaz.TV-yə açıqlamasında bildirib ki, İranda ermənilərə yaradılan şərait təəssüfedicidir:
https://gunaz.tv/az/new/iranin-ermeni-sevgisi-tehran-turkiye-ve-azerbaycan-eleyhine-kecirilen-tedbirlere-serait-yaratmamalidir-bas-redaktor-1619081204

@gunaztv2004