Get Mystery Box with random crypto!

Xətibzadə: 'Beynəlxalq quruluş dəyişir' İran Xarici İşlər | Azəri Təbriz Radiosu

Xətibzadə: "Beynəlxalq quruluş dəyişir"

İran Xarici İşlər Nazirliyinin sözçüsü Rusiya-Ukrayna müharibəsinə toxunaraq bildirib ki, beynəlxalq sistem dəyişir və dərisini atır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə şənbə günü Məşhəddə xaricdəki iranlı tələbə və professorların 15-ci illik konfransında əlavə edib: Ukraynadakı hazırkı müharibə son 30 il ərzində hazırlanıb, lakin atışmalar indi başlayıb.
Xətibzadə İranın Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətinin müstəqil və xarici siyasətə əsaslandığını bildirərək, İranın müharibəyə və ABŞ və NATO-nun dünyanı udmasına qarşı olduğunu bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: "Biz kifayət qədər güclüyük və ölkənin milli maraqları, müstəqilliyi və bütövlüyünü qorumaq üçün heç bir səydən əsirgəməyəcəyik və heç kimə istismar və müdaxilə icazəsi verməmişik və satellit ölkə deyilik".

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu


https://azeri.sahartv.ir/news/%C4%B0ran-i386852-x%C9%99tibzad%C9%99_beyn%C9%99lxalq_qurulu%C5%9F_d%C9%99yi%C5%9Fir