Get Mystery Box with random crypto!

Aliməqam Rəhbərin Avropadaki müsəlman tələbələrə mesaji İ | Azəri Təbriz Radiosu

Aliməqam Rəhbərin Avropadaki müsəlman tələbələrə mesaji

İslam İnqilabının Ali Məqam Rəhbəri Avropadakı Universitet Tələbələri İslam Dərnəkləri Birliyinin iclasına göndərdiyi mesajda tələbələri cəbhələri tanımağa və düzgün mövqelər seçməklə yanaşı, saleh cəbhənin lehinə olan proseslərdə rol oynamağa çağırıb.
İRİB-nin məlumatına əsasən, Həzrət Ayətullahül-üzma Xamenei Avropadakı Universitet Tələbələri İslam Dərnəkləri Birliyinin 56-cı iclasına göndərdiyi mesajda son siyasi və hərbi hadisələrə toxunaraq, cəbhələrin tanınması və düzgün mövqe seçilməsi, eləcə də inkişaflarda saleh cəbhənin lehinə rol oynamağa hazırlaşmağın zəruriliyini vurğulayıblar..
Ayətullahül-üzma Xameneinin ünvanladığı müraciətdə deyilir:
"Bu gün yaşanan siyasi və hərbi proseslər gözlənilən tarixi dönüşün bir hissəsidir. Bu prosesdə böyük millətimizin elitası və gənclərinin üzərinə xüsusi vəzifələr düşür. Cəbhələri düzgün müəyyən edib, uyğun münasibət sərgiləmək, qısamüddətli məsuliyyətlə haqq cəbhəsinin lehinə rol oynamağa hazır olmaq onların orta müddətli vəzifəsidir.
O, həzrət öz müraciətlərində əlavə ediblər: "Əziz gənclər, siz hər iki bölmədə parlaya və mübarək İslam adını daşıyan dərnəklərə ümid aşılaya bilərsiniz".

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu


http://aztabriz.irib.ir/xeberler/iran/item/105698-alim%C9%99qam-r%C9%99hb%C9%99rin-avropadaki-m%C3%BCs%C9%99lman-t%C9%99l%C9%99b%C9%99l%C9%99r%C9%99-mesaji