Get Mystery Box with random crypto!

Ərbildə doqquz sionist məhv edilib İraqlı mənbələr MOSSAD | Azəri Təbriz Radiosu

Ərbildə doqquz sionist məhv edilib

İraqlı mənbələr MOSSAD-ın bu ölkənin Ərbil şəhərində yerləşən bazalarına qarşı raket hücumlarında doqquz sionistin məhv edilməsindən xəbər veriblər.
İRİB-nin məlumatına əsasən, Bu gün səhər MOSSAD-ın Ərbildəki iki bazası raket hədəfinə alınıb.
Həmin hücumlarda sionist rejimin tabeliyində olan bəzi qüvvələr ölüb və yaralanıbdır.
İraqlı mənbələr bu hücumlarda öldürülmüş doqquz sionist zabitin adını yayıblar.
Bu mənbələr bildiriblər ki, dünəngecəki hücumda yalnız MOSSAD-ın Ərbildəki gizli mərkəzləri hədəfə alınıb. Amerikaya və ya İraq Kürdüstanı iqliminə aid olan mərkəzlərə hücum edilməyibdir.
MOSSAD-ın Ərbildəki mərkəzlərinə hücumdan sonra ABŞ-ın bu şəhərdəki konsulluğunda təhlükə siqnalları səsləndirilib.
ABŞ-ın xeyli sayda hərbi təyyarəsi bu gün səhər tezdən Ərbil səmasında uçmaqdadır. Bu rayonda mülki hava nəqliyyatını hərəkəti dayandırılıbdır.

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu



http://aztabriz.irib.ir/xeberler/yaxin-serq/item/105721-%C9%99rbild%C9%99-doqquz-sionist-m%C9%99hv-edilib