Get Mystery Box with random crypto!

Ərəbistanda 81 nəfərin edamı pislənilib Səud başçılarının | Azəri Təbriz Radiosu

Ərəbistanda 81 nəfərin edamı pislənilib

Səud başçılarının səksən bir nəfəri edam etmələri Ərəbistandan kənarda geniş şəkildə pislənib.
İRİB-nin məlumatına əsasən, Ərəbistan daxili işlər nazirliyi dünən ölkədə insan hüquqlarının pozulmasının davamında bir gündə səksən bir nəfərin edam edilməsi hökmünün icrasından xəbər verib.
Bu elandan az sonra Ərəbistan hökumətilə müxalif medialar səksən bir nəfərin qırx birinin şiə olduğunu ifşa ediblər.
Deyilənlərə görə, bu şiə gənclər Ələhsa əyalətinin Qətif bölgəsindən olublar. Onlar səud hökuməti tərəfindən müxtəlif bəhanələrlə tutulub, zindanda saxlanılmışdılar.
Ələrəb adasındakı müxaliflər cəmiyyəti bu xəbərə reaksiyada vurğulayıb ki, bu qətli-am, əqidələrini ifadə etmək üçün öz qanuni haqqlarından istifadə edən və zindana atılan gənclərə qarşı törədilib.
O, deyib ki, Məhəmməd bin Salman günahsızların qırğın edilmələrindən ləzzət alan qatildən başqa bir kəs deyildir.

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu



http://aztabriz.irib.ir/xeberler/yaxin-serq/item/105733-%C9%99r%C9%99bistanda-81-n%C9%99f%C9%99rin-edam%C4%B1-pisl%C9%99nilib