2021-10-04 09:37:27
Azəricə ↓
Rububiyyət tövhidiRububiyyət - Allahın bu kainatda xəlq etməkdə, ruzi verməkdə, dirildib-öldürməkdə, idarə etməkdə Allahın istədiyi kimi davranmasıdır. Bu Allahın Özünə məxsus xüsusiyyətlərindəndir.
Allahın gözəl adları, uca sifətləri, istəyi, şamil qüdrəti, geniş elmi, ad və sifətlərindəki kamilliyi Allahın Özünə məxsus xüsusiyyətlərindəndir. Kim Allahın Özünə məxsus xüsusiyyətlərini məxluqatdan kiməsə aid etsə, bununla tövhidini pozmuş olar.
Allahın qullar üzərindəki haqlarından Ona ibadət etmələri və heç kimi ona şərik qoşmamalarıdır.
Necə ki, Muaz ibn Cəbəlin (Allah ondan razı olsun) hədisində Peyğəmbər (sallallahu aleyhi va səlləm) ona belə demişdir: "Ey Muaz, Allahın qullar üzərindəki haqqını, qulların da Allah üzərindəki haqlarını bilirsənmi? Dedim ki, Allah və Rəsulu daha yaxşı bilir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə dedi: "Allahın qullar üzərindəki haqqı Ona ibadət etmələri və heç kimi Ona şərik qoşmamalarıdır. Qulların Allah üzərindəki haqları isə, Ona şərik qoşmayana əzab verməməsidir."
[Səhih əl-Buxari, 2856, 5967. Səhih Muslim, 30]
Deməli, ibadət Allahın haqlarındandır. Kim bu ibadətlərdən hər hansı birini Allahdan başqasına yönəldərsə, tövhidini pozmuş olar.
Tövhid: Allahın haqlarında, Ona aid olan xüsusiyyətlərində Onu təkləşdirməkdir.
Şirk isə: Allahın haqlarından və xüsusiyyətlərindən hər hansı birində başqasını Ona bərabər tutmaqdır. Bu, tövhidin həqiqətidir: Onu təkləşdirmək və Ona heç kimi şərik tutmamaq. Necə ki, Allah Təalə deyib:
وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا
"Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!." [Nisa surəsi, 36]
وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۚ إِمَّا يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُلْ لَهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا
"Rəbbin yalnız Ona ibadət etməyi əmr etmişdir" [İsra surəsi, 23]
وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ ۚ وَذَٰلِكَ دِينُ الْقَيِّمَةِ
"Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək əmr olunmuşdur." [Beyyinə surəsi, 5] Bu mənada ayələr çoxdur.
Bununla aydın oldu ki, tövhidin üç qismi var: Rububiyyət tövhidi, ad və sifətlər tövhidi və uluhiyyət tövhidi.
Şeyx Abdurrazzəq ibn AbdulMuhsin əl-Bədrin "Min məalim ət-tovhid " kitabından
296 views06:37