Get Mystery Box with random crypto!

İmamRezaAz (rəsmi)

لوگوی کانال تلگرام imamrezaaz — İmamRezaAz (rəsmi) İ
لوگوی کانال تلگرام imamrezaaz — İmamRezaAz (rəsmi)
آدرس کانال: @imamrezaaz
دسته بندی ها: حیوانات , اتومبیل
زبان: فارسی
مشترکین: 2.17K
توضیحات از کانال

Salam! Bu kanal İmam Rza (ə) hərəminin rəsmi kanalıdır. Qeyd edək ki, bundan əlavə hərəmin rəsmi İnstagram səhifəsi www.instagram.com/imamrezaaz/ və suallarınızı cavablandırmaq üçün telegram və vatsap @ImamRezaAz313 98 915 441 9644 fəaliyyət göstərir.

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

2

1 stars

0


آخرین پیام ها 5

2022-06-17 11:05:34
Nüdbə duasından

Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən və sənə mənim həzin səsim və gizli pıçıltım çatmasın! Mənə çox çətindir ki, mən salamat olduğum halda səni bəlalar (imtahanlar) əhatə etsin və mənim ahü-naləm, şikayətim sənə çatmasın!.Canım sənə fəda olsun, elə bir qaib şəxs ki, bizdən uzaqda deyildir!. Canım fəda olsun sənə ey o uzaqda olan şəxs ki, bizdən uzaqda deyilsən.! Canım fəda olsun sənə, sən müştaq mömin və möminələrin arzususan! Onlar səni yad edib nalə ahu-fəğan edirlər. Canım fəda olsun, o kəsə ki, qarşılaşılma mümkün olmayan möhkəm izzətlidir.!
206 views08:05
باز کردن / نظر دهید
2022-06-17 04:28:43
Allahın namusu

Allahın hökmləri Onun namusudur. Əgər bir şəxsin namusuna təcavüz olunsa, sakit və aram dayanarmı? Qeyrətli insanlar kimsə onların namusuna pis gözlə baxarsa, təhqir və ya ehtiramsızlıq edərsə, qəzəblənib dərhal sərt reaksiya verər. Bəs necə ola bilər ki, insan mömin olsun və onun gözü qarşısında Allahın hökmləri və namusu ayaq altına atılsın o isə tamamilə aram və laqeyd şəkildə yerində dursun və heç bir etiraz etmədən yaxud uzaqbaşı "lə iləhə illəllah" və "subhənallah" deyərək onun yanından ötüb keçsin?!

Ayətullah Misbah Yəzdi "Şəhadət yatağında Mövlanın öyüdü" səh.281
305 views01:28
باز کردن / نظر دهید
2022-06-17 04:28:34
Namazımızı tez tələsik qılırıq, elə bilirik zirəklik etmişik. Lakin bilmirik ki, vaxtımıza bərəkət verən Rəbbimizdir.

Şəhid Əlirza Kərimi
301 views01:28
باز کردن / نظر دهید
2022-06-17 02:48:41
Cüməmiz mübarək! Cümə gününün zikrin100 salavatdır. Dualarımızda bir-birimizi unutmayaq!
325 views23:48
باز کردن / نظر دهید
2022-06-16 13:01:37
Hadisələri təhlil etmə qabiliyyəti olmayan cəmiyyət

Bizim gənc təbəqəmizi, universitetimizi (tələbələrimizi) qeyri-siyasi yetişdirməyə çalışmış və indi də çalışan əllərə Allah lənət etsin. Gənclərinin ümumiyyətlə siyasi məsələlərdən xəbəri olmayan, dünyanın siyasi hadisələrini və cərəyanlarını anlamayan və düzgün təhlil edə bilməyən bir ölkə məgər xalqa arxalanıb, hərəkət və mübarizə edə bilər?!

Ayətullah Əli Xamenei "Uşaqlar, yeniyetmələr və gənclər"
426 views10:01
باز کردن / نظر دهید
2022-06-16 03:22:19
Kimə bu təbərrükdən qismət olub?
Allah hər kəsə qismət etsin!
449 views00:22
باز کردن / نظر دهید
2022-06-15 19:08:06
Azərbaycan xalqına 70 il Allahsızlıq təbliğ olunan zaman Allaha olan etiqadlarını qorudular. Bu gün də xalqın istəyi budur ki, inanclarına hörmətsizlik olunmasın. Əzizlərimiz ən azından bacardıqları qədər bu məsələni ictimailəşdirsinlər ki, lazım olan dairələr camaatın bu məsələdə narahatçılıqlarından xəbərdar olsunlar.

Höccətül-İslam Əli Əlizadə
478 views16:08
باز کردن / نظر دهید
2022-06-15 04:33:14 Quran təfsiri

Quranda “qəzəbə düçar olmuşlar” (“Məğzubin”) kimlərdir?

Quranda Firon, Qarun, Əbu-Ləhəb kimi fərdlər, Ad, Səmud, Bəni-İsrail kimi qövmlər
qəzəbə düçar olmuş kimi tanıtdırılmışdır.⁴
Quranda Bəni-İsrailin yaşayış və inkişaf prosesi bəyan olunmuşdur. Onlar bir zaman
başqalarından üstün həyat keçirmişlər.⁵ Amma bu üstünlükdən sonra öz əməl və rəftarları
səbəbindən Allahın qəzəbinə gəlmişlər.⁶ Onların taleyindəki dəyişikliyin səbəbi əməl və
rəftarlarındakı dəyişiklik olmuşdur. Yəhudi alimləri Tövratın səmavi göstərişlərini təhrif etdilər.¹ Onların tacirləri və sərvətliləri də sələm, haram və dünyapərəstliyə üz tutdular.²
Xalqın da böyük hissəsi cihad və mübarizə qarşısında dünyapərəstlik və qorxu səbəbindən
cəbhəyə getməkdən, müqəddəs əraziyə daxil olmaqdan imtina etdilər.³ Bu azğınlıqlar
səbəbindən Allah onları izzət və fəzilət zirvəsindən zillət və alçaqlıq uçurumuna endirdi.
Biz hər namazımızda Allahdan istəyirik ki, qəzəbə düçar olmuşlar kimi olmayaq. Yəni
Quranı təhrif etməkdən, sələm əhli olmaqdan, haqq yolda cihaddan qaçmaqdan, eləcə də,
yolumuzu azmaqdan amanda qalaq. Haqqı tərk edib batilə üz tutanlar öz din və imanlarında
təfrit və ifrata yol verdilər və ya nəfs istəkləri səbəbindən Allahdan qeyrilərinə itaət etdilər.⁴
İnsan bu surədə peyğəmbərlərə, şəhidlərə, salehlərə və onların yoluna öz eşqini, dostluğunu
izhar edir və tarixin qəzəbə düçar olanlarına və azğınlarına arxa çevirir. Bu, təvəlla və
təbərranın (Allah yolunda dostluq və düşmənçiliyin) bir nümunəsidir.

⁴“Nisa”, 116, “Fəth”, 6, “Bəqərə”, 61, “Ali-İmran” 110, 112, “Ənfal”, 16, “Bəqərə”, 108, “Nəhl”, 106,
“Mumtəinə”, 1

⁵“Bəqərə”, 47

⁶“Bəqərə”, 61

¹“Nisa”, 46

²“Nisa”, 161

³“Maidə”, 24

⁴“Maidə”, 77

Mənbə: Ustad Möhsin Qəraəti "Nur təfsiri"
488 views01:33
باز کردن / نظر دهید
2022-06-14 16:14:19
İmam Rza (ə) Alimi ali Muhəmməddir (s). Höcətul-İslam vəl muslimin Ustad Saivər
257 views13:14
باز کردن / نظر دهید
2022-06-14 15:11:46
Allahdan məktub

Bismilləhir-rahmənir-rahim

إِنَّ الَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ اللَّهَ يَدُ اللَّهِ فَوْقَ أَيْدِيهِمْ ۚ فَمَنْ نَكَثَ فَإِنَّمَا يَنْكُثُ عَلَىٰ نَفْسِهِ ۖ وَمَنْ أَوْفَىٰ بِمَا عَاهَدَ عَلَيْهُ اللَّهَ فَسَيُؤْتِيهِ أَجْرًا عَظِيمًا

Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər.

Fəth/10
289 views12:11
باز کردن / نظر دهید