Get Mystery Box with random crypto!

İmamRezaAz (rəsmi)

لوگوی کانال تلگرام imamrezaaz — İmamRezaAz (rəsmi) İ
لوگوی کانال تلگرام imamrezaaz — İmamRezaAz (rəsmi)
آدرس کانال: @imamrezaaz
دسته بندی ها: حیوانات , اتومبیل
زبان: فارسی
مشترکین: 2.17K
توضیحات از کانال

Salam! Bu kanal İmam Rza (ə) hərəminin rəsmi kanalıdır. Qeyd edək ki, bundan əlavə hərəmin rəsmi İnstagram səhifəsi www.instagram.com/imamrezaaz/ və suallarınızı cavablandırmaq üçün telegram və vatsap @ImamRezaAz313 98 915 441 9644 fəaliyyət göstərir.

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

2

1 stars

0


آخرین پیام ها 7

2022-06-12 12:38:33
İmam Rza (ə) hərəminin xidmətçiləri Həzrətin mövlud günü dünyaya gələn uşaqları ziyarət edərək, hərəm tərəfindən onlara hədiyyələr təqdim ediblər. Allah övladı olmayanlara saleh övlad nəsib etsin!
214 views09:38
باز کردن / نظر دهید
2022-06-12 09:20:28 İmam Rza (ə) haqqında çox gözəl sürud





Zəhmət olmasa izləyək, abunə olaq və paylaşaq!!!
262 views06:20
باز کردن / نظر دهید
2022-06-12 08:11:39
İmam Rzanın (ə) mövlud günlərində Həzrətin müqəddəs hərəmində hər birinizə dualar olundu. Allah bütün duaları qəbul etsin!
287 views05:11
باز کردن / نظر دهید
2022-06-12 04:24:02 Quran təfsiri

Bismilləhir-rahmənir-rahim

صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ

(“Pərvərdigara! Bizi) nemətini şamil etdiyin kəslərin yoluna yönəlt, qəzəbinə düçar
olanların, azanların yoluna yox!” (Fatihə/7)

Nöqtələr
◘Ayədə ilahi nemətə çatanların yolu doğru yol kimi tanıtdırılır. Bu zümrəni peyğəmbərlər,
siddiqlər, şəhidlər və salehlər təşkil edir. Bu ilahi insanların yoluna diqqət, bu yolu getmək
arzusu, insanın bu arzunu özünə təlqin etməsi onu əyri yoldan qoruyur. Sonra Allahdan istənilir
ki, Allah öz bəndəsini qəzəbinə düçar olub azanların yolundan qorusun.
Quranın nəql etdiyi kimi, Bəni-İsrail nemətə çatan qövmlərdən idi. Amma naşükürlüyünə
və inadkarlığına görə qəzəbə düçar olmuşdu.
◘Quranda insanlar üç qismə bölünür: Hidayət nemətinə çatıb sabitqədəm qalanlar, qəzəbə
düçar olanlar və azğınlar.
◘Ayədə nemət dedikdə hidayət neməti nəzərdə tutulur. Çünki əvvəlki ayədə hidayətdən
söhbət getmişdir. Bundan əlavə, maddi nemətlər kafirlərin və azğınların da ixtiyarında vardır.
◘Hidayət olmuşlar üçün də təhlükə vardır. Ona görə də daim Allaha dua etmək və qəzəbə
gəlmişlərin və azmışların yoluna düşməmək üçün kömək istəmək lazımdır.

Ustad Möhsin Qəraəti "Nur təfsiri"
308 views01:24
باز کردن / نظر دهید
2022-06-11 23:46:18
Bu gün İmam Rzanın (ə) mövlud günü İmam Rza (ə) hərımində Azərbaycanlılar üçün möhtəşəm tədbir. Allah bütüm arzusunda olanlara qismət etsin!
344 views20:46
باز کردن / نظر دهید
2022-06-11 17:31:25
Müqəddəs Kərbəla şəhərində hər burinizə dua olundu. Dualarınlzı yazın müqəddəs məkanlarda hər birinizə dua olunacaq!!!
429 views14:31
باز کردن / نظر دهید
2022-06-11 17:19:38 İmam Rza (ə) hərəmindən canlı

Ayətullah Seyyid Həsən Amuli

Məddah Kərbəlayi Samerlan Hilali və Hacı Peyman Həmrəng





Zəhmət olmasa izləyək, abunə olaq və paylaşaq!!!
421 views14:19
باز کردن / نظر دهید
2022-06-11 14:00:38
Müsabiqənin şərtlərindən: Storinizdə paylaşın, bəyənin, kayd edin və dostlarınızı rəy bölumundə işarələyin! Dostlar direktə yazmayın şərh bölumunə yazın.
Müsabiqənin doqquzuncu sualı. Cavab variantını şərh bölümünə yazın. İyun ayının 12-si bütün qaliblər puşkatma yolu ilə elan olunacaq.
426 views11:00
باز کردن / نظر دهید
2022-06-11 11:36:05 İMAM RZA (Ə) HARUNUN DÖVRÜNDƏ

183-cü hicri ilində imam Kazim (ə) Harunun əmri ilə Bağdad zindanında zəhərlənib şəhid olduqdan sonra imam Rza (ə) imam olduğu müddətin on ilini Harunun hakimiyyəti dövründə yaşamışdır. Bu müddət Harunun özbaşınalıq və azğınlıq mühiti olması ilə yanaşı, həm də imam Rzanın (ə) nisbətən azad yaşadığı və elmi-mədəni fəaliyyəti dövrü hesab olunur. Çünki Harun bu müddət ərzində o həzrətə toxunmamış və imam Rza (ə) açıq şəkildə fəaliyyət aparmışdır. Buna görə də, o həzrətin yetirdiyi şagirdlər, islami elmlər ocağında təlim etdiyi Quran həqiqətləri və İslam maarifi də, məhz bu dövrə təsadüf edir. Harunun təzyiqləri azaldaraq imam Rzanı (ə) nisbətən azad buraxmasının səbəbi, bəlkə də, onun imam Kazimi (ə) qətl etdiyini ört-basdır etməsi ilə əlaqədardır. Harun bu böyük cinayətin üstünü örtməyə çalışsa da, məsələnin üstü açılır və camaatda ona qarşı böyük nifrət hissi oyanır. Buna görə də, Harun bir təhər özünə bəraət qazandırmaq istəyirdi.

VƏLİƏHDLİK MƏSƏLƏSİ

İmam Rza (ə) haqqında ən önəmli tarixi hadisə o həzrətin vəliəhdlik məsələsi idi. O həzrətin vəliəhdliyi ilə bağlı nəzərə çarpan məsələlər bunlardır: 1. Bu prosesdə Məmunun hədəfi; 2. Məmunun öz hədəfinə çatmamasında imam Rzanın (ə) mövqeyi.

Məmunun zahiri rəftarlarından başa düşülür ki, o, bu prosesdə xüsusi hiyləgərliklə zahirdə öz xalis niyyətini – imam Rzaya (ə) məhəbbətini bildirmək istəmiş və xilafət məsələsində imam Əlinin (ə) nəslinin haqlı və layiqli olduğuna inandığını göstərməyə çalışmışdır.

Digər məsələ imam Rzanın (ə) xilafət təşkilatına gətirilməsi ilə o həzrətin fəaliyyətlərinin məhdudlaşdırılması idi.

Üçüncü məsələ isə budur ki, imam Rza (ə) Məmunun vəliəhdliyini qəbul etməklə, əzəmətini, məqam və mövqeyini azaldacaq, tərəfdarlarının yanında hörmətdən düşəcək, kimsə onu pak və müqəddəs bir şəxsiyyət kimi tanımayacaq və nəhayət, iddia etdiklərini puç biləcəkdilər.

Əbu Səlt Hərəvi də vəliəhdliyin imam Rzaya (ə) həvalə edilməsinin səbəbini belə açıqlayır: "Məmun imam Rzanı (ə) vəliəhd seçməklə, camaata o həzrətin dünyapərəst və dünya malına hərisliyini sübut etmək və beləcə, mənəvi məqamını ləkələmək istəyirdi.”

Həqiqət budur ki, camaat hər vaxt imam Əlinin (ə) övladlarına, məxsusən, şiə imamlarına xüsusi ehtiram bəsləmiş və bu da xalqın onlara hədsiz dərəcədə etiqad və etimadına səbəb olmuşdu. İmamların spesifik xüsusiyyətləri hər kəsi onlara tərəf yönəltmiş, camaatın onlara qarşı itaətini zəruriləşdirmiş, həmçinin onların qarşısında təslimçilik ruhu yaratmışdı. Məmun çalışırdı ki, bu əzəmət və müqəddəsliyi aradan qaldırsın və ən azı, onların da başqaları kimi hakimiyyətə çatdıqları zaman zülm və fəsada düşəcəkləri fikrini camaata aşılasın.

Xilafət və siyasət insanların nəzərində bir növ çirkinlik sayıldığı üçün təqvalı və nəfsi pak insanın siyasətə qoşulması onun təsir və nüfuzunun azalmasına səbəb olacaqdı. İmam Rza (ə) kimi təqva və zahidlikdə öndər olan şəxsin Abbasilərin qurduğu xilafətlə əməkdaşlığı o həzrəti məqam və nəzərdən salacaqdı. Buna görə də, o həzrətə etiraz əlaməti olaraq deyirdilər: "Dünyaya bağlanmadığınız halda, nə üçün Məmunun vəliəhdliyini qəbul etdiniz?” İmam (ə) buyurardı:"Bu işə nə qədər nifrətetdiyimi yalnızAllah bilir.”

Məmunun bu hədəflərinin kənarında bəzi məsələlərə də toxuna bilərik. Məsələn, Məmun bu tədbiri ilə imam Rzanı (ə) istədiyi kimi idarə edə bilərdi. Bu istiqamətdə İmamın üzərində bir çox gözətçi qoymuşdu ki, onlar hər an İmamın vəziyyətini Məmuna çatdırırdılar. ("Üyunu əxbarir Riza (ə)”, c.2, s.151-152.)
39 views08:36
باز کردن / نظر دهید
2022-06-11 09:44:52 İmam Rzanın (ə) həyatına qısa baxış

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası imam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) vəfat tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində vəfat etdiyini qeyd etmişlər. Hansı ayda vəfat etdiyinə gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında vəfat etdiyini söyləmişlər. Növbəxti o həzrətin vəfat gününü Səfər ayının sonuncu günü qeyd etmişdir. O həzrətin anası Xeyzəran adlanırdı. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər. ("Əl-əimmətu isna əşər”, c. 2, s. 342.)

İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə gedərək 203-cü ilin Səfər ayında şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir.
179 views06:44
باز کردن / نظر دهید