Get Mystery Box with random crypto!

İmamRezaAz (rəsmi)

لوگوی کانال تلگرام imamrezaaz — İmamRezaAz (rəsmi) İ
لوگوی کانال تلگرام imamrezaaz — İmamRezaAz (rəsmi)
آدرس کانال: @imamrezaaz
دسته بندی ها: حیوانات , اتومبیل
زبان: فارسی
مشترکین: 2.17K
توضیحات از کانال

Salam! Bu kanal İmam Rza (ə) hərəminin rəsmi kanalıdır. Qeyd edək ki, bundan əlavə hərəmin rəsmi İnstagram səhifəsi www.instagram.com/imamrezaaz/ və suallarınızı cavablandırmaq üçün telegram və vatsap @ImamRezaAz313 98 915 441 9644 fəaliyyət göstərir.

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

2

1 stars

0


آخرین پیام ها 6

2022-06-14 14:51:09 İlahi yardımın şərti

İrəliyə doğru addımlasaq, niyyətimizi paklasaq. Allah bizə kömək edəcək. Əgər tənbəl olsaq, vəzifəmiz olan işi görməsək təbii olaraq, İlahi yardım gözləməməliyik. Allah-təala çalışıb zəhmət çəkənlərə yardım edir. İrəliyə doğru addım atan millətlərə kömək edir.

Ayətullah Xamenei "Cihade təbyin" səh. 39
285 views11:51
باز کردن / نظر دهید
2022-06-14 03:08:16
Allahın kəlamı

بسم الله الرحمن الرحيم

وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انْفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا ۚ قُلْ مَا عِنْدَ اللَّهِ خَيْرٌ مِنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ ۚ وَاللَّهُ خَيْرُ الرَّازِقِينَ

Oxunuş: Və izə raəv ticəratən əv ləhvənin fəzzu iləyhə və tərakukə qaimən qul mə indəllahi xayrun minəl ləhvi vəv minət ticərah, vəllahu xayrur raziqin.

Tərcümə:Allah dərgahında olan savab, əyləncədəndə, ticarətdəndə daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır.

Cümə/11
385 views00:08
باز کردن / نظر دهید
2022-06-13 22:44:12
İmam Rzanın (ə) həyatına qısa baxış

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası imam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) vəfat tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində vəfat etdiyini qeyd etmişlər. Hansı ayda vəfat etdiyinə gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında vəfat etdiyini söyləmişlər. Növbəxti o həzrətin vəfat gününü Səfər ayının sonuncu günü qeyd etmişdir. O həzrətin anası Xeyzəran adlanırdı. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər. ("Əl-əimmətu isna əşər”, c. 2, s. 342.)
373 views19:44
باز کردن / نظر دهید
2022-06-13 15:15:43
Uzaqdan çətin görünür

Allah öz bəndələrindən mücahidlik, fədakarlıq, öz istəklərindən keçmək, çətinliklər müqabilində dözüm, hicrət və şəhadət arzusu, ibadət və boşluqlarımızı doldurmağımızı istəyir. Bunların hamısı uzaqdan çətin görünür, amma bu çətinliyin içərisinə girdiyin zaman görürsən ki, nəinki çətin deyil, hətta insanın yaşamını daha rahat və ləzzətli edir.

Ustad Əlirza Pənahiyan
407 views12:15
باز کردن / نظر دهید
2022-06-13 04:26:36 Şəri hökmlər

Məshin başın dərisinə çəkilməsi lazım deyil, başın ön hissəsindəki tüklərə də məsh çəkilməsi düzgündür. Amma başın qabağının tükü darananda üzə tökülərsə, yaxud başın o biri hissəsinə çatarsa, onda tüklərin dibinə məsh çəkilməlidir. Əgər üzünə tökülən, yaxud başın başqa yerinə çatan tükləri başın qabağında bir yerə yığıb onlara məsh çəksə və ya başın başqa yerlərinin qabağa gələn tüklərinə məsh çəksə batildir.

Ayətullah Sistani (Allah hifz etsin)
464 views01:26
باز کردن / نظر دهید
2022-06-13 03:16:24
İmam Rzanın (ə) mövludu münasibətilə müqəddəs hərəmdə bayram tortu. Allah qəbul etsin.
456 views00:16
باز کردن / نظر دهید
2022-06-12 21:28:52
Müsabiqənin şərtlərindən: Storinizdə paylaşın, bəyənin, kayd edin və dostlarınızı rəy bölumundə işarələyin! Dostlar direktə yazmayın şərh bölumunə yazın.
Müsabiqənin onuncu sualı. Cavab variantını şərh bölümünə yazın.

Diqqət! Müsabiqə bütün sosial şəbəkələrdə keçirildiyinə görə və iştirakçılar çox olduğundan qaliblərin elanı bir neçə gün gecikəcək!!!
457 views18:28
باز کردن / نظر دهید
2022-06-12 17:28:16 İmam Rza (ə) hərəmindən canlı

Ayətullah Seyyid Həsən Amuli

Məddah Hacı Hüseyni





Zəhmət olmasa izləyək, abunə olaq və paylaşaq!!!
53 views14:28
باز کردن / نظر دهید
2022-06-12 14:45:03
İmam Rza (ə) hərəminin sosial şəbəkələrdə rəsmi hesabları

Zəhmət olmasa paylaşaq ki, daha çox insan faydalansın!!!

Telegram: http://t.me//imamrezaaz

İnstagram: https://www.instagram.com/imamrezaaz/

Youtube:



Facebook: https://www.facebook.com/ImamRezaAZ1/?ti=as

Vatsap: +98 915 441 9644


Lütfən paylaşın!

http://t.me//imamrezaaz
142 views11:45
باز کردن / نظر دهید
2022-06-12 14:40:43 VALİDEYNLƏR QIZLARININ HİCABINA DİQQƏT YETİRSİN

Ayətullah Məhəmməd Nasiri əxlaq dərsində cəmiyyətdə yayılan fəsad və özbaşınalığın qarşısını olmaqdan danışdı, o dedi: "İzdivac fəsadın qarşısını alır, hamımız buna kömək etməliyik.

Ailələr gərək övladlarını evləndirmək üçün çalışsın, cavanlara bu işdə dəstək, yardımçı və köməkçi olsun. Belə edərlərsə, övladlar daha tez evlənə bilər və bu da evlilik yaşının artması və bu və ya digər problemlərin qarşısını ala bilər.

Müasir dövrdə təhsili davam etdirmək evlənməyin başqa bir maneəsi sayılır, lakin bilməliyik ki, evlənmək ilə təhsili davam etdirmək arasında heç bir ziddiyyət yoxdur. Ailələr uşaqlarının evlənməsi üçün lazımi şəraiti yaratsın, beləliklə evlənəndən sonra övladları təhsili davam etdirə bilsin.

Daha sonra ağır toy xərclərindən və ailə həyatı qurmağın asan yollarından danışan ayətullah bildirdi ki, ailələr bu işdə xüsusi rol oynayır.

Sonda cəmiyyətdə hicab və iffətdən də danışan alim qeyd etdi ki, hicab ictimaiyyət arasında mədəniyyətinə yer verməliyik, övladlarımıza uşaq yaşlarından çadra və hicab geymini adət etdirməliyik. Yaddan çıxartmamalıyıq ki, öz övladlarımızın hicabsızlığına görə biz də məsuliyyət daşıyırıq. Valideynlər övladlarının geyminə görə Allahın dərgahında cavabdehlik daşıyacaq.
147 views11:40
باز کردن / نظر دهید