Get Mystery Box with random crypto!

Azəri Təbriz Radiosu

لوگوی کانال تلگرام azeritabrizradiosu — Azəri Təbriz Radiosu A
لوگوی کانال تلگرام azeritabrizradiosu — Azəri Təbriz Radiosu
آدرس کانال: @azeritabrizradiosu
دسته بندی ها: دستهبندی نشده
زبان: فارسی
مشترکین: 72
توضیحات از کانال

İran İslam Cumhuriyyəti Təbriz Radiosu
رادیو برونمرزی تبریز - صدا و سیمای مرکز آذربایجان شرقی
Admin: @AzTabrizIrib

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


آخرین پیام ها 2

2022-03-15 09:30:10
Bu raketlər necə sionistləri qəlbini dağladısa tüstüsündən Ərdoğan və Müqtəda Sədr kimiləridə boğuldu

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu
42 views06:30
باز کردن / نظر دهید
2022-03-14 08:54:52 İndiyədək on mindən çox yəmənli uşaq ölüb və ya yaralanıbdır

BMT-nin uşaq fondu bildirib ki, Yəmən xalqına qarşı savaşın başlanmasından bəri on mindən çox yəmənli uşaq ölüb və ya yaralanıbdır.
İRİB-nin məlumatına əsasən, YUNİSEF yeddi ildən sonra bildirib ki, bu müharibə üçün sabit bir siyasi həll yolu tapılmalıdır ki, yəmənlilər və övladları layiq olduqları bir sülhdə yaşamış olsunlar.

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu



http://aztabriz.irib.ir/xeberler/y%C9%99m%C9%99n-olaylari/item/105734-indiy%C9%99d%C9%99k-on-mind%C9%99n-%C3%A7ox-y%C9%99m%C9%99nli-u%C5%9Faq-%C3%B6l%C3%BCb-v%C9%99-ya-yaralan%C4%B1bd%C4%B1r
40 views05:54
باز کردن / نظر دهید
2022-03-14 08:54:04 Ərəbistanda 81 nəfərin edamı pislənilib

Səud başçılarının səksən bir nəfəri edam etmələri Ərəbistandan kənarda geniş şəkildə pislənib.
İRİB-nin məlumatına əsasən, Ərəbistan daxili işlər nazirliyi dünən ölkədə insan hüquqlarının pozulmasının davamında bir gündə səksən bir nəfərin edam edilməsi hökmünün icrasından xəbər verib.
Bu elandan az sonra Ərəbistan hökumətilə müxalif medialar səksən bir nəfərin qırx birinin şiə olduğunu ifşa ediblər.
Deyilənlərə görə, bu şiə gənclər Ələhsa əyalətinin Qətif bölgəsindən olublar. Onlar səud hökuməti tərəfindən müxtəlif bəhanələrlə tutulub, zindanda saxlanılmışdılar.
Ələrəb adasındakı müxaliflər cəmiyyəti bu xəbərə reaksiyada vurğulayıb ki, bu qətli-am, əqidələrini ifadə etmək üçün öz qanuni haqqlarından istifadə edən və zindana atılan gənclərə qarşı törədilib.
O, deyib ki, Məhəmməd bin Salman günahsızların qırğın edilmələrindən ləzzət alan qatildən başqa bir kəs deyildir.

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu



http://aztabriz.irib.ir/xeberler/yaxin-serq/item/105733-%C9%99r%C9%99bistanda-81-n%C9%99f%C9%99rin-edam%C4%B1-pisl%C9%99nilib
37 views05:54
باز کردن / نظر دهید
2022-03-14 08:53:19 Ərbildə doqquz sionist məhv edilib

İraqlı mənbələr MOSSAD-ın bu ölkənin Ərbil şəhərində yerləşən bazalarına qarşı raket hücumlarında doqquz sionistin məhv edilməsindən xəbər veriblər.
İRİB-nin məlumatına əsasən, Bu gün səhər MOSSAD-ın Ərbildəki iki bazası raket hədəfinə alınıb.
Həmin hücumlarda sionist rejimin tabeliyində olan bəzi qüvvələr ölüb və yaralanıbdır.
İraqlı mənbələr bu hücumlarda öldürülmüş doqquz sionist zabitin adını yayıblar.
Bu mənbələr bildiriblər ki, dünəngecəki hücumda yalnız MOSSAD-ın Ərbildəki gizli mərkəzləri hədəfə alınıb. Amerikaya və ya İraq Kürdüstanı iqliminə aid olan mərkəzlərə hücum edilməyibdir.
MOSSAD-ın Ərbildəki mərkəzlərinə hücumdan sonra ABŞ-ın bu şəhərdəki konsulluğunda təhlükə siqnalları səsləndirilib.
ABŞ-ın xeyli sayda hərbi təyyarəsi bu gün səhər tezdən Ərbil səmasında uçmaqdadır. Bu rayonda mülki hava nəqliyyatını hərəkəti dayandırılıbdır.

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu



http://aztabriz.irib.ir/xeberler/yaxin-serq/item/105721-%C9%99rbild%C9%99-doqquz-sionist-m%C9%99hv-edilib
27 views05:53
باز کردن / نظر دهید
2022-03-14 08:52:23 İran AET dünya imperializmi ilə mübarizənin hərəkətverici qüvvəsidir

İranın Atom Enerjisi Təşkilatının sədri vurğulayıb ki, bu təşkilat dünya imperializmi ilə mübarizənin hərəkətverici qüvvəsidir.
İRİB-nin məlumatına əsasən, Məhəmməd İslami deyib: Bu gün dünya imperializmi ilə
üzləşirik və İranın Atom Enerjisi Təşkilatı bu cərəyanla mübarizənin hərəkətverici qüvvəsidir.
İslami əlavə edib: Sionistlər və düşmənlə üzləşirik. Gündəlik olaraq, təhdid edilir, hücumların hədəfinə çevrilirik.
İslami vurğulayıb: İranın Atom Enerjisi Təşkilatı İslam İnqilabının sivilizasiya simvollarından biridir. Elm və sənət və onların dünyada yayılması bir çox hallarda İrana və İslama borcludur. Bu gün dünyadakı təhrif olunmuş cərəyanlar müxtəlif üsullarla İranı durdurmağa çalışırlar.

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu



http://aztabriz.irib.ir/xeberler/iran/item/105732-iran-aet-d%C3%BCnya-imperializmi-il%C9%99-m%C3%BCbariz%C9%99nin-h%C9%99r%C9%99k%C9%99tverici-q%C3%BCvv%C9%99sidir
20 views05:52
باز کردن / نظر دهید
2022-03-14 08:51:14 Azərbaycanlı ekspertlər İranla yeni sazişi yüksək qiymətləndirirlər

Azərbaycanlı ekspertlər İranla yeni sazişi yüksək qiymətləndirirlər
Azərbaycanla İran arasında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya əlaqəsinin yaradılması ilə bağlı imzalanan saziş geniş müzakirə mövzusu olmaqda davam edir.
ReAL İH üzvü, ekspert Natiq Cəfərli bunu Azərbaycanın Xarici siyasətində növbəti doğru addım adlandırıb. Onun sözlərinə görə, yeni sənəd bir çox aspektdən önəmlidir, hətta orta-uzun zamanda ciddi iqtisadi fürsətlər yaradır.
Ekspertə görə bu sənəd Ermənistan və Rusiyanın əlində təzyiq vasitəsi olan və Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizinin əhəmiyyətini azaldır – indi artıq bu təzyiq alətindən Moskva istifadə edib müəyyən güzəştlər qoparmağa çalışmayacaq. Zatən o dəhliz həyata keçsə, yeganə söz sahibi Rusiya olacaqdı, yollar, kommunikasiyalar Moskvanın tam nəzarətində olacaqdı. İndi isə top Ermənistan və Rusiya tərəfdədir – yeni regional logistik layihələrin iştirakçısı olmaq istəyirlərsə, daha yumşaq şərtlərlə Zəngəzur dəhlizinin açılmasına razı olmalıdırlar. Bundan başqa, hətta gələcəkdə Zəngəzur dəhlizi işə düşsə belə, mütləq alternativi olmalıdır – Kremlin nəzarətində, Ermənistanın ərazisində olan kommunikasiya xətləri daim təhlükədə ola, həmişə təzyiq vasitəsinə çevrilə bilərdi – İrandan keçən alternativ kommunikasiya xəttləri bu təzyiqi amortizasiya etməyə kömək olacaq.
Politoloq Elxan Şahinoğlu isə Azərbaycanla İran arasında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya əlaqəsinin yaradılması ilə bağlı imzalanan saziş haqda bildirib ki, Azərbaycanın İranla imzaladığı memorandum bölgədə yeni düzən yaradacaq.
Politoloq Elxan Şahinoğluna görə İran Azərbaycana imkan yaradır ki, Bakı Ermənistanı yenidən oyundankənar vəziyyətə salsın, İrəvan Moskvaya güvənərək Qərbi Zəngəzur dəhlizinin açılması məsələsini yubatdı. Azərbaycan isə İrana imkan yaradır ki, yeni dəhliz vasitəsilə bölgədə rolunu və gəlirlərini artırsın, böyük arteriyanın tərkib hissəsinə çevrilsin.

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu


http://aztabriz.irib.ir/xeberler/azerbaycan/item/105720-az%C9%99rbaycanl%C4%B1-ekspertl%C9%99r-iranla-yeni-sazi%C5%9Fi-y%C3%BCks%C9%99k-qiym%C9%99tl%C9%99ndirirl%C9%99r
22 views05:51
باز کردن / نظر دهید
2022-03-13 09:52:14
Azərbaycan XİN tvitt səhifəsində İranla bağlı paylaşım edib

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu
21 viewsedited  06:52
باز کردن / نظر دهید
2022-03-13 09:50:56 İran və Azərbaycan Tv-ləri əməkdaşlıq edəcəklər

İran və Azərbaycan Respublikası arasında media üzrə əməkdaşlıq memorandumu imzalanıb.
İRİB-nin məlumatına əsasən,,Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında İran İslam Respublikası Teleradio Təşkilatı ilə Azərbaycan Respublikasının Dövlət Televiziyası(Aztv) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memoranduma görə tərəflər istehsalat mübadiləsi barədə razılaşıblar. Eyni zamanda sənədli filmlər və seriallar üzrə müştərək layihələrin işlənilməsi, texniki dəstək mövzuları digər əməkdaşlıq sahələrini təşkil edir.

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu


https://azeri.sahartv.ir/news/az%C9%99rbaycan-i386862-%C4%B0ran_v%C9%99_az%C9%99rbaycan_tv_l%C9%99ri_%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1q_ed%C9%99c%C9%99kl%C9%99r
21 views06:50
باز کردن / نظر دهید
2022-03-13 09:50:05 Aliməqam Rəhbərin Avropadaki müsəlman tələbələrə mesaji

İslam İnqilabının Ali Məqam Rəhbəri Avropadakı Universitet Tələbələri İslam Dərnəkləri Birliyinin iclasına göndərdiyi mesajda tələbələri cəbhələri tanımağa və düzgün mövqelər seçməklə yanaşı, saleh cəbhənin lehinə olan proseslərdə rol oynamağa çağırıb.
İRİB-nin məlumatına əsasən, Həzrət Ayətullahül-üzma Xamenei Avropadakı Universitet Tələbələri İslam Dərnəkləri Birliyinin 56-cı iclasına göndərdiyi mesajda son siyasi və hərbi hadisələrə toxunaraq, cəbhələrin tanınması və düzgün mövqe seçilməsi, eləcə də inkişaflarda saleh cəbhənin lehinə rol oynamağa hazırlaşmağın zəruriliyini vurğulayıblar..
Ayətullahül-üzma Xameneinin ünvanladığı müraciətdə deyilir:
"Bu gün yaşanan siyasi və hərbi proseslər gözlənilən tarixi dönüşün bir hissəsidir. Bu prosesdə böyük millətimizin elitası və gənclərinin üzərinə xüsusi vəzifələr düşür. Cəbhələri düzgün müəyyən edib, uyğun münasibət sərgiləmək, qısamüddətli məsuliyyətlə haqq cəbhəsinin lehinə rol oynamağa hazır olmaq onların orta müddətli vəzifəsidir.
O, həzrət öz müraciətlərində əlavə ediblər: "Əziz gənclər, siz hər iki bölmədə parlaya və mübarək İslam adını daşıyan dərnəklərə ümid aşılaya bilərsiniz".

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu


http://aztabriz.irib.ir/xeberler/iran/item/105698-alim%C9%99qam-r%C9%99hb%C9%99rin-avropadaki-m%C3%BCs%C9%99lman-t%C9%99l%C9%99b%C9%99l%C9%99r%C9%99-mesaji
20 views06:50
باز کردن / نظر دهید
2022-03-12 18:09:42 Xətibzadə: "Beynəlxalq quruluş dəyişir"

İran Xarici İşlər Nazirliyinin sözçüsü Rusiya-Ukrayna müharibəsinə toxunaraq bildirib ki, beynəlxalq sistem dəyişir və dərisini atır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə şənbə günü Məşhəddə xaricdəki iranlı tələbə və professorların 15-ci illik konfransında əlavə edib: Ukraynadakı hazırkı müharibə son 30 il ərzində hazırlanıb, lakin atışmalar indi başlayıb.
Xətibzadə İranın Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətinin müstəqil və xarici siyasətə əsaslandığını bildirərək, İranın müharibəyə və ABŞ və NATO-nun dünyanı udmasına qarşı olduğunu bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: "Biz kifayət qədər güclüyük və ölkənin milli maraqları, müstəqilliyi və bütövlüyünü qorumaq üçün heç bir səydən əsirgəməyəcəyik və heç kimə istismar və müdaxilə icazəsi verməmişik və satellit ölkə deyilik".

#رادیو_برونمرزی_آذری_تبریز

@AzeriTabrizRadiosu


https://azeri.sahartv.ir/news/%C4%B0ran-i386852-x%C9%99tibzad%C9%99_beyn%C9%99lxalq_qurulu%C5%9F_d%C9%99yi%C5%9Fir
21 views15:09
باز کردن / نظر دهید